BAKI, 9 fevral. TELEQRAF

Hindistan Sahil Mühafizəsi neftin qanunsuz daşınması ilə məşğul olan beynəlxalq qaçaqmalçılıq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, bu barədə xidmətin rəsmi "X" hesabında məlumat yayılıb.

Məlumata görə, fevralın 6-da reallaşdırılan xüsusi əməliyyat dəniz və hava qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində baş tutub. Əməliyyat zamanı Mumbay sahillərindən təxminən 100 dəniz mili qərbdə üç şübhəli gəmi saxlanılıb.

Aparılan araşdırmalar, elektron məlumatların təhlili və heyətin dindirilməsi nəticəsində beynəlxalq şəbəkənin fəaliyyət sxemi ifşa olunub. Məlum olub ki, sözügedən gəmilər izlərini itirmək üçün tez-tez adlarını dəyişirmişlər.

Hazırda gəmilər zəruri hüquqi prosedurların aparılması üçün Mumbaya müşayiət olunur. Faktla bağlı araşdırmalar davam edir.