BAKI, 31 yanvar. TELEQRAF
Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer artıq yataq xəstəsi deyil və əlil arabasından istifadə edə bilir.
Teleqraf xəbər verir ki, bu barədə onun həmkarlarından biri deyib.
12 il öncə xizək qəzası keçirərək ağır beyin zədələnməsi nəticəsində uzun müddət komada qalan əfsanəvi idmançı Cenevrə gölü sahilindəki mənzilində qalır.
"O, öz dünyasında yaşayır, amma ətrafındakı insanları, tanış simaları tanıyır. Əminəm ki, yeddiqat dünya çempionu olduğunu bilmir" - deyə, Şumaxerin doslarından biri qeyd edib.