BAKI, 18 yanvar. TELEQRAF

ABŞ Maliyyə naziri Skott Bessent ABŞ-nin NATO-da qalacağını təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bunu "NBC News" kanalına müsahibəsində bildirib.

“Əlbəttə, biz NATO-nun bir hissəsi olaraq qalacağıq”, – deyə Bessent

Eyni zamanda nazir Vaşinqton üçün Qrenlandiyanın birləşməsinin yoxsa Şimali Atlantika alyansının daha vacib olması ilə bağlı suala birbaşa cavab verməyib.

“Bu düzgün seçim deyil”, - deyə Bessent əlavə edib.

Onun sözlərinə görə, Avropa liderləri vəziyyəti anlayacaq və ABŞ-nin təhlükəsizlik çətiri altında olmağın vacibliyini başa düşəcəklər.