BAKI, 18 yanvar. TELEQRAF
İstanbulun Şimal Dairəvi Avtomobil Yolunda servis mikroavtobusunun aşması nəticəsində 11 nəfər yaralanıb.
Teleqraf "TRTHaber"ə istinadən məlumat verir ki, hadisə İstanbul Hava Limanı istiqamətində baş verib.
Məlumata görə, servis mikroavtobusu qar yağması nəticəsində sürüşkənləşən yolda idarəetməni itirərək baryerlərə çırpılıb və aşıb.
Hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürmə qrupları cəlb olunub.
Qəza zamanı xəsarət alan 11 nəfər təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.