BAKI, 18 yanvar. TELEQRAF
Ukrayna parlamentində bəzi deputatlar Donbas məsələsində kompromisə getməyin zəruri olduğunu düşünür.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzetinin Kiyevdəki müxbiri Şteffen Şvartsopf məlumat yayıb.
Onun sözlərinə görə, Ali Radada bir deputatla apardığı söhbətdə Kiyevin Donbassdan qoşunlarını çıxarmasının mümkün kompromis variantı kimi dəyərləndirildiyi bildirilib.
Məqalədə adı açıqlanmayan deputatın sözlərinə istinadən qeyd olunur ki, Ukrayna ağrılı olsa belə, kompromisə getməlidir. Deputat vurğulayıb ki, Donbasdan imtina təkcə onun şəxsi mövqeyi deyil, parlamentdə və cəmiyyətdə bir çox insanın bölüşdüyü fikirdir.
Şvartsopf yazır ki, parlamentarinin bu açıqlamanı açıq şəkildə səsləndirməməsinin səbəbi siyasi karyerası ilə bağlı qorxular və Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi, eləcə də xüsusi xidmət orqanları tərəfindən göstərilən təzyiqlərdir. Jurnalistin fikrincə, bu bəyanat Ukraynada mövcud əhval-ruhiyyəni qismən əks etdirir.