BAKI, 18 yanvar. TELEQRAF
ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində endirilən zərbə nəticəsində 2025-ci ilin dekabrında amerikalı hərbçilərə və tərcüməçiyə qarşı hücumla əlaqəli olan terrorçunu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumatda bildirilib ki, yanvarın 16-da həyata keçirilən zərbə zamanı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan və İŞİD-in iki ABŞ hərbçisi və bir tərcüməçinin öldürülməsinə səbəb olan pusqunun təşkilində məsuliyyət daşıyan terrorçu ilə birbaşa təmasda olmuş silahlı qruplaşma lideri öldürülüb.