BAKI, 17 yanvar. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Prezidentin sərəncamı ilə Sultan Qamaletdinov Qazaxıstanın müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri vəzifəsindən azad edilib, onun yerinə Qaniş Əbubəkirov təyin olunub.