BAKI, 13 yanvar. TELEQRAF

Ermənistan heç bir dövlətlə, o cümlədən Azərbaycanla hərbi silahlanma yarışına girməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz heç bir ölkə, o cümlədən Azərbaycanla hərbi silahlanma yarışına girməyi düşünmürük. Bu, hökumətimizin mövqeyidir. Lakin bu, Ermənistanın silah və hərbi texnika alışını dayandıracağı və ordunu islah etməyəcəyi demək deyil",- o qeyd edib.