BAKI, 13 yanvar. TELEQRAF

Ermənistanın müdafiə xərcləri 2018-dən 2025-ci ilə qədər 1,1 milyard dollar artıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"2018-ci ildə müdafiə xərcləri 245 milyard dram, 2025-ci ildə isə 664 milyard dram (təxminən 1 milyard 741 milyon 604 min dollar) təşkil edib. Müdafiə sahəsinə ayrılan vəsait 1,1 milyard dollar artıb",- o qeyd edib.