BAKI, 12 yanvar. TELEQRAF
Nyu York birjasında qızılın dəyəri artıb, gümüşün qiyməti isə rekord səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri 5.25% bahalaşaraq 83.50 ABŞ dolları təşkil edib.
COMEX-də qızıl fyuçersləri isə 1.78% artaraq 4581 ABŞ dollarına bərabər olub.