BAKI, 12 yanvar. TELEQRAF
Futbol üzrə İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, həlledici oyunda “Barselona” və “Real Madrid” komandaları qarşılaşıb.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan matçda Kataloniya təmsilçisi 3:2 hesablı qələbə qazanaraq titula yiyələnib.
“Barselona”dan Rafinya (36 və 73-cü dəqiqələr) ilə Robert Levandovski (45+4), “Real Madrid”dən isə Vinisius Juniorla (45+2) Qonsalo Qarsiya (45+6) fərqləniblər.
Qeyd edək ki, “Barselona” tarixində 16-cı dəfə İspaniya Superkubokunun qalibi olub.