İranda İslam İnkişafının Koordinasiya Şurası vətəndaşları Tehranda baş verən iğtişaşlara qarşı etiraz aksiyalarına çıxmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti "IRIB" məlumat yayıb.
Məlumata görə, keçiriləcək mitinqlərin məqsədi ABŞ və İsrailin “agentlərinin terror fəaliyyətlərini” pisləməkdir. Hakimiyyət orqanları iğtişaşların xarici qüvvələrlə əlaqəli olduğunu iddia edir.
Qeyd edək ki, daha əvvəl İran şah sülaləsinin varisi, şahzadə Rza Pəhləvi İranda etiraz aksiyalarında iştirak edənləri hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırmışdı.