BAKI, 10 yanvar. TELEQRAF

ABŞ və Ukrayna münaqişədən sonrakı dövrdə ölkənin yenidən qurulmasını nəzərdə tutan, ümumi həcmi təxminən 1 trilyon dollar olan irimiqyaslı saziş imzalamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu investisiyanın 10 il ərzində cəlb olunması nəzərdə tutulur. Vəsaitin əsasən infrastrukturun bərpasına, enerji sektoruna, sənaye və nəqliyyat layihələrinə yönəldiləcəyi bildirilir.

Razılaşma çərçivəsində ABŞ şirkətlərinin Ukraynanın yenidən qurulması prosesində aparıcı rol alacağı, Vaşinqtonun isə siyasi və təhlükəsizlik təminatları verəcəyi qeyd olunur.