BAKI, 10 yanvar. TELEQRAF

Rusiyanın Kamçatka vilayətində 5,8 və 5,4 bal gücündə iki zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələlərdən biri Petropavlovsk-Kamçatskidən 178 km məsafədə qeydə alınıb və episentri 25,8 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Petropavlovsk-Kamçatskidən 319 km aralıda baş verib, episentri isə 61,5 km dərinlikdə yerləşib.

Zəlzələlərin nəticəsində dağıntı və xəsarət barədə məlumat verilməyib.

***

09:28

Rusiyanın Kamçatka vilayəti sahillərində 4,9 bal gücündə zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 486 km məsafədə yerləşib, hiposentrin dərinliyi isə təxminən 27,5 km təşkil edib.