BAKI, 10 yanvar. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-yə səfərinin məqsədinin dünya müharibəsini dayandırmaq olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Petro bunu CBS telekanalına müsahibəsində deyib.
“Dünya müharibəsini dayandırmaq”, – deyə Kolumbiya lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl Qustavo Petro ABŞ Prezidenti Donald Trampı sülhə çağırmış və təmiz enerjiyə keçidin vacibliyini vurğulamışdı.
Xatırladaq ki, Donald Tramp yaxın vaxtlarda Kolumbiya prezidenti ilə Ağ Evdə görüşməyi planlaşdırdığını da açıqlamışdı.