BAKI, 10 yanvar. TELEQRAF

İranda yerli valyutanın devalvasiyası fonunda başlayan etirazlarda ölənlərin sayı 65-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, etirazlarda 2311 nəfər saxlanılıb. Etirazların on üçüncü gününə qədər toplanan məlumatlara əsasən, ölkə üzrə 31 əyalətin 180 şəhərində 512 yerdə nümayişlər keçirilib.

Qeyd edək ki, İran hakimiyyəti 13 gündür davam edən etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.