BAKI, 7 yanvar. TELEQRAF
"Ukraynadakı münaqişə iyunun sonuna qədər başa çata bilər".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində bildirib.
"Avropalı tərəfdaşlarımızla, ABŞ və "Könüllülər Koalisiyası"nın bütün üzvləri ilə danışıqlar yeni bir mərhələyə çatdı. Biz başa düşürük ki, bu müharibə sizin sədrliyiniz dövründə başa çata bilər", - deyə o bildirib.
Kiprin Avropa İttifaqı Şurasına sədrliyi iyunun 30-da başa çatır.