BAKI, 7 yanvar. TELEQRAF

İran təhlükəsizlik qüvvələri Tehranın "Böyük Bazar" adlanan tarixi ticarət mərkəzində etiraz aksiyası keçirən nümayişçilərlə toqquşub.

Teleqraf xəbər verir ki, bazarda oturaq etiraz aksiyası keçirənlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub, etirazçılar ərazidən zorla çıxarılıb. Hadisə ölkə üzrə etirazların 10-cu günündə baş verib.

ABŞ-də fəaliyyət göstərən "Human Rights Activists News Agency"nin məlumatına əsasən, etirazlar zamanı indiyədək ən azı 35 nəfər həlak olub, 1200-dən çox şəxs saxlanılıb. Nümayişlər İranın 88 şəhərində 257-dən çox nöqtədə davam edir.