BAKI, 7 yanvar. TELEQRAF
Xorvatiyanın baş naziri Andrey Plenkoviç ölkəsinin “Könüllülər Koalisiyası” təşəbbüsü çərçivəsində Ukraynaya hərbi qulluqçu göndərməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Plenkoviç bu barədə "X" hesabında yazıb.
Onun sözlərinə görə, atəşkəs və sülh sazişi əldə edildikdən sonra da xorvat hərbçiləri Ukrayna ərazisində çoxmillətli qüvvələrin tərkibində iştirak etməyəcək.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Rumıniya Ukrayna Silahlı Qüvvələri üçün silah alınması proqramına qoşulublar.