Cənubi Afrikanın şimalında keçirilən ənənəvi musiqi və rəqs festivalı zamanı ildırım zərbəsi iki nəfərin həyatına son qoyub.

Teleqraf xəbər verir ki, bu barədə yerli "EWN" radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 150 nəfər xəsarət alıb. Məlumata görə, 13 nəfərin vəziyyəti kritikdir, 49 nəfər xəstəxanaya yerləşdirilib. Qalan zərərçəkənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.