BAKI, 2 yanvar. TELEQRAF
İranda Həmədan şəhərində bir qrup etirazçı Quranı və digər dini kitabları yandırıbş
Teleqraf xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, 1 yanvar axşamı Həmədan şəhərinin Sədəf rayonunda etirazçılar bir neçə dini kitabı, o cümlədən Quranı yandırıblar. Təxminən 20 nəfərdən ibarət digər bir qrup isə şəhərdəki məscidlərdən birinə hücum etməyə çalışıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun qarşısını alıblar.
Xatırladaq ki, 29 dekabrda Tehranın mərkəzində İran rialının məzənnəsinin kəskin ucuzlaşmasına etiraz edən ticarətçilərin iştirakı ilə etiraz aksiyaları başlamışdı.