BAKI, 31 dekabr. TELEQRAF

Suriyada sülh möhkəmləndikcə könüllü geri dönüşlər də artıb, son bir ildə 600 min suriyalı qonağımız vətəninə qayıdıb.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni il münasibətilə videomesajda deyib.

"Türkiyə olaraq ərəb, kürd, türkmən, sünni, şiə, ələvi fərq etmədən Suriya xalqının sülh və təhlükəsizliyi üçün yeni hökumətə lazımi dəstəyi verəcəyik", - deyə Ərdoğan əlavə edib.