BAKI, 31 dekabr. TELEQRAF

Avropa İttifaqı rəhbərliyi və aparıcı Avropa ölkələrinin liderləri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı videokonfrans formatında müzakirələr keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Bildirilir ki, görüş ABŞ Prezidenti Donald Tramp ilə Volodimir Zelenski arasında baş tutan danışıqların nəticələri fonunda təşkil olunub.

Məlumata əsasən, avropalı liderlər Kiyevin Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına hücumuna Moskvanın reaksiyasını müzakirə ediblər. Bildirilir ki, Rusiya Prezidenti Donald Trampla telefon danışığında baş verən hadisələrlə əlaqədar olaraq Ukrayna üzrə danışıqlarda Rusiyanın mövqeyinin yenidən nəzərdən keçiriləcəyini ABŞ liderinin diqqətinə çatdırıb.

Agentlik qeyd edir ki, bu mövzu Avropa paytaxtlarında Ukrayna böhranının gələcək inkişafı baxımından ciddi narahatlıq doğurur.