BAKI, 31 dekabr. TELEQRAF

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri gücləndirilmiş rejimində xidmətdədir.

Bu barədə Teleqraf-a nazirlikdən bildirilib.