BAKI, 31 dekabr. TELEQRAF

Qazaxıstanın 2026-cı il üçün xarici siyasətinin prioritet vəzifələri müəyyən edilib

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev bildirib.

“Bunlara iqtisadi diplomatiyanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası koordinasiyanın gücləndirilməsi və Qazaxıstanın xarici siyasət təşəbbüslərinin təşviqi daxildir”, - Koşerbayev qeyd edib.