BAKI, 31 dekabr. TELEQRAF

Sumqayıtda güclü külək iri gövdəli ağacı aşırıb.

Teleqraf xəbər verir ki, Sumqayıt şəhərində müşahidə olunan güclü külək fəsadlara səbəb olub.

Məlumata görə, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb. Küləyin təsiri nəticəsində iri gövdəli söyüd ağacı kökündən qoparaq aşıb.

Əraziyə baxış zamanı güclü küləyin davam etməsi səbəbindən digər ağacların da aşma ehtimalının olduğu bildirilir.