BAKI, 31 dekabr. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan əl-Səud ilə Yəməndəki vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, rəsmilər Yəməndə davam edən gərginliyi, eləcə də regional təhlükəsizlik və sabitliyə təsir edən məsələləri müzakirə ediblər.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının Yəməndəki bir limanın yüklərinə hava hücumları təşkil etdiyi bildirilmişdi.
Dekabr ayında azadlıq ordusunun Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışması ölkədə vəziyyəti gərginləşdirib.
Dekabrın 26-da Səudiyyə Ərəbistanına məxsus təyyarələr silahlıların Nəhb vadisindəki (Hədrəmut) mövqelərinə xəbərdarlıq zərbələri endirib. Ər-Riyad rəsmi olaraq separatçılardan dərhal Hədrəmut və Əl-Məhradan geri çəkilmələrini, bazalarını hökumət qüvvələrinə təhvil vermələrini tələb edib. Koalisiya xəbərdarlıq edib ki, istənilən hərəkət güclə yatırılacaq.