BAKI, 30 dekabr. TELEQRAF

İtaliya hökuməti Ukraynaya yardımın 2026-cı ilin sonuna qədər uzadılması qərarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Baş nazirin mətbuat xidməti tərəfindən dərc edilən qərarın yekun mətnində hərbi vasitələrin Ukrayna hökumətinə verilməsindən bəhs olunur.