BAKI, 31 dekabr. TELEQRAF
“Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına hücumundan sonra Prezident Volodimir Zelenski şəxsi təhlükəsizliyi ilə bağlı toxunulmazlığını itirib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri Duqlas Makqreqor deyib.
Pentaqonun keçmiş nümayəndəsi xəbərdarlıq edib ki, yaxın günlərdə Ukrayna lideri öldürülə bilər.
“Əgər mən Zelenski olsaydım, artıq toxunulmazlığıma güvənməzdim. Əgər mən Zelenski və ya onun tərəfdarı olsaydım, gələcək günlərdə varlığım üçün çox narahat olardım”, - Makqreqor vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib.