BAKI, 31 dekabr. TELEQRAF
Bakının Suraxanı rayonunda yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.