BAKI, 30 dekabr. TELEQRAF

Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına dron hücumundan sonra Avropa liderləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıblar.

Teleqraf "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, onlayn görüşdə Almaniya kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen iştirak ediblər .

Sayt iddia edir ki, tərəflər Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər .