BAKI, 30 dekabr. TELEQRAF
İsveçrənin bir neçə kantonu dövlət məktəblərində qız şagirdlərin hicabdan istifadəsinə qadağa tətbiq edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Die Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb.
Bildirilir ki, bu ilin əvvəlində İsveçrənin bəzi yerlərində yerli müsəlman qadınların ictimai yerlərdə üzlərini tamamilə örtməsi qadağan olunub.
Son həftələrdə Sürixdə və digər kantonlarda da oxşar təşəbbüslər irəli sürülüb. Sürixdə ölkənin ən böyük siyasi qüvvəsi olan İsveçrə Xalq Partiyası bu məsələ ilə bağlı referendum üçün imza toplamağa başlamağa hazırlaşır.
Bu qadağanı dəfələrlə pozan 16 yaşına çatmamış məktəbli qızlar məktəbdən xaric edilə, valideynləri isə İsveçrədə yaşamaq hüququndan məhrum oluna bilərlər.