BAKI, 30 dekabr. TELEQRAF
Türk Hava Yolları (THY) gözlənilən əlverişsiz hava şəraiti səbəbindən planlaşdırılan 61 reysin ləğv olunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bununla bağlı THY sosial media platformasında məlumat yayıb.
Elanda deyilirdi: "Hörmətli qonaqlar, ölkəmizin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 uçuşumuz ləğv edilib. Sərnişinlər uçuş statuslarını və bilet seçimlərini http://turkishairlines.com saytı və mobil tətbiqimiz vasitəsilə izləyə bilərlər. Uçuş təhlükəsizliyi bizim prioritetimizdir. Anlayışınız üçün təşəkkür edirik."