BAKI, 30 dekabr. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri "Dəmir Şüa " lazer raketdən müdafiə sistemini istifadəyə verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik dekabrın 29-da təhvil verilən sistemin müxtəlif təhdidlərə qarşı bir sıra geniş sınaqlardan keçdiyini, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirdiyini açıqlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, "Dəmir Şüa" İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya olunacaq və "Dəmir Günbəz", "Davudun Sapanı" və "Ox" sistemlərinə əlavə olaraq İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək.
Dərc olunmuş məlumata görə, "Dəmir Şüa" lazer sistemi 10 kilometrə qədər məsafədə dronları və raketləri yandıra və ya zərərsizləşdirə bilir.