BAKI, 2 aprel. TELEQRAF

2 apreldə Ermənistanın Armavir bölgəsindəki Baqramyan hərbi poliqonunda partlayış olub.

Teleqraf "News.am"a istinadən xəbər verir ki, partlayış nəticəsində 29 yaşlı hərbçi ölüb, 39 yaşlı digər hərbçi isə bədən xəsarətləri alaraq hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.