BAKI, 30 dekabr. TELEQRAF
Pentaqon "Boeing" şirkəti ilə İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün 8,57 milyard dollarlıq müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin veb saytında verilən açıqlamaya görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA qırıcısının hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Müqavilədə təhvil verilən təyyarələrin sayını 25 ədəd artırmaq seçimi də var.
"Boeing" şirkəti müqavilə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirməlidir.