BAKI, 29 dekabr. TELEQRAF

Tehranın nüvə proqramı inkişaf edərsə, ABŞ İsrailin İrana mümkün yeni hücumlarını dəstəkləməyə hazır olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı jurnalistlərin suallarına cavabında deyib.

"Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər belədirsə, biz onları məhv etməli olacağıq", - deyə Tramp bildirib.

O, İrana ABŞ ilə razılaşma əldə etməyi məsləhət görüb.