BAKI, 29 dekabr. TELEQRAF

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində 8 polis və 1 mühafizəçi yaralanıb.

6 terrorçu isə zərərsizləşdirilib.

***

07:59

Türkiyədə İŞİD üzvləri ilə toqquşmada yeddi polis yaralanıb.

Teleqraf xəbər verir ki, Türkiyənin şimal-qərbində yerləşən Yalova vilayətində İŞİD terror təşkilatının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma nəticəsində yeddi polis əməkdaşı yaralanıb.

“TRT Haber”in məlumatına görə, polis Yalova şəhəri yaxınlığında terrorçuların gizləndiyi ehtimal olunan evə əməliyyat keçirib. Əməliyyat zamanı silahlı qarşıdurma baş verib.

Bildirilib ki, yaralanan polis əməkdaşlarının vəziyyəti ağır deyil. Hadisə ilə bağlı araşdırma davam etdirilir.