BAKI, 29 dekabr. TELEQRAF

“Sky News” telekanalı ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında dekabrın 28-də keçirilən danışıqların nəticələrində hələlik nəzərəçarpacaq irəliləyiş olmadığını bildirib.

Teleqraf xəbər verir ki, telekanalın məlumatına görə, tərəflər mühüm addımların atıldığını bəyan etsələr də, əsas məsələlər üzrə nə dəyişiklik, nə də real irəliləyiş müşahidə olunur.

“Sky News”un müxbiri Mark Stoun qeyd edib ki, tərəflər geri addım atmayıb, lakin danışıqların nəticələrində ciddi dəyişikliklər də baş verməyib.

Qeyd edək ki, Tramp və Zelenski arasında görüş Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında baş tutub. ABŞ Prezidenti danışıqlardan sonra Kiyev üçün hazırda razılaşmanın daha məqsədəuyğun olduğunu bildirib.