BAKI, 28 dekabr. TELEQRAF
Suriya 2026-cı il yanvarın 1-dən ölkənin milli valyutasını yeniləyəcək və yeni banknotlarda keçmiş prezident Bəşşar Əsədin portreti olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdül Kadir Əl-Xasriya məlumat verib.
O bildirib ki, bu qərar ölkənin yeni iqtisadi mərhələyə qədəm qoyduğunu, siyasi suverenliyə və vətən birliyinə sadiqliyi əks etdirir.
Hazırda Suriya kağız pullarında köhnə simvolika istifadə olunur. 2000 Suriya poundu banknotda Bəşər Əsəd, 1000 poundu isə onun atası Hafiz Əsədin portreti yer alır.
Məlumata görə, yeni valyuta altı nominal üzrə buraxılacaq və üzərində heç bir portret və simvol olmayacaq. Suriya funtunun kəskin dəyər itirməsi səbəbindən denominasiya həyata keçiriləcək.