BAKI, 27 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İsrailin ardınca Somalilendi müstəqil dövlət kimi tanımaq niyyətində olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə deyib.

Amerika lideri bildirib ki, hazırda bütün məsələlər araşdırma mərhələsindədir.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 26-da İsrailin Somalilendi müstəqil və suveren dövlət kimi tanıdığını açıqlayıb. Beynəlxalq ictimaiyyət Somalilendi rəsmi olaraq Somali Respublikasının bir hissəsi hesab edir. Bununla belə, Somalilend hakimiyyəti 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan edib.