BAKI, 27 dekabr. TELEQRAF

Kiyevdə yenidən partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” televiziya kanalı məlumat yayıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Kiyevdə hələ də hava təhlükəsi ilə bağlı xəbərdarlıq rejimi qüvvədədir.

Qeyd edək ki, daha əvvəl də hava həyəcanı fonunda Kiyevdə partlayışların baş verdiyi barədə “STRANA.ua” nəşri məlumat yaymışdı.