BAKI, 27 dekabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ABŞ hakimiyyəti ölkəsinə müstəmləkə tipli idarəçilik modelini sırıya və onun təbii sərvətlərini ələ keçirə bilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində çıxışı zamanı danışıb.
Prezident vurğulayıb ki, ABŞ hakimiyyətinin Venesuela üçün virtual reallıq yaradaraq onu istismar və asılılıq modelinə məcbur etməsi mümkün deyil.
Dövlət başçısı əlavə edib ki, Bolivar Respublikası sülhə və qarşılıqlı anlaşmaya can atır. O, Vaşinqtonu son 25 ildə Venesuelada həyata keçirməyə çalışdığı, lakin uğursuz olan layihələrdən imtina etməyə çağırıb. Maduro bildirib ki, ABŞ hörmətə əsaslanan dialoqa hazır olarsa, Venesuelada həmişə xalqını təmsil edən və sülh, əməkdaşlıq və rifah yollarını axtarmağa hazır prezident tapacaq.