BAKI, 27 dekabr. TELEQRAF
Qırğızıstanda müəllim və tibb işçilərinin maaşları 2026-cı il aprelin 1-dən etibarən 100 faiz artırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
Qərara əsasən, Qırğızıstanda müəllimlərinin orta əmək haqqı 26 000 somdan 52 000, tibb işçilərinin maaşı isə 31 500 somdan 62 500 soma qədər artacaq.