BAKI, 27 dekabr. TELEQRAF
Azərbaycanda ötən gün dələduzluq ittihamı ilə axtarışda olan 13 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının dekabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.