ABŞ-də güclü qar yağışı səbəbindən dekabrın 26-da 1600-dən çox aviareys ləğv olunub, 19 mindən çox reys isə gecikib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "FlightAware" portalına istinadən məlumat yayıb.
Ən çox zərər çəkənlər Nyu-Yorkdakı Con Kennedi, La-Quardiya və Nyuark hava limanları olub. Bölgədə 23 sm-dək qar yağacağı gözlənilirdi. Gecikmə və ləğvlər Boston, Detroyt və Filadelfiya hava limanlarında da qeydə alınıb.