BAKI, 27 dekabr. TELEQRAF

Dekabrın 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm -dir.

Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.