BAKI, 27 dekabr. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə qarşıdan gələn 2026-cı il münasibətilə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.

Təbrikdə Kim Çen In Rusiya dövlət başçısına, eləcə də Rusiya hökumətinə və xalqına ən səmimi və xoş arzularını çatdırıb.

“Rusiya Federasiyasının hökumətinə və qardaş Rusiya xalqına yeni il münasibətilə ən isti və ürəkdən gələn arzularımı bildirirəm”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl də Putin Kim Çen Inə təbrik məktubu göndərmişdi.