BAKI, 27 dekabr. TELEQRAF
Tayland və Kamboca arasında sərhəd bölgəsində yaranmış münaqişə ilə əlaqədar atəşkəs rejiminin tətbiqini nəzərdə tutan saziş imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Taylandın "Channel 3" telekanalı məlumat yayıb.
Məlumata görə, iki ölkənin Baş Sərhəd Komitəsinin iclasının yekununda Taylandın müdafiə naziri Nattapxon Nakpanit və Kambocanın müdafiə naziri Tea Seyha atəşkəs haqqında razılaşmanı təsdiqləyiblər. Bildirilir ki, sazişin effektivliyinin monitorinqi məqsədilə 72 saat ərzində ikitərəfli mexanizmin növbəti iclası keçiriləcək.
Xatırladaq ki, Tayland-Kamboca sərhədində atıcı silahların tətbiqi ilə toqquşmalar dekabrın 7-də başlayıb.