BAKI, 27 dekabr. TELEQRAF

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi ölkənin şərqində yerləşən Hadramaut vilayətinin əhalisinin qorunması məqsədilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyadan hərbi yardım istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin "SABA" agentliyi hökumət mənbəyinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, silahlı qüvvələrin ali baş komandanı olan əl-Əlimi koalisiya qüvvələrini qanuni Yəmən hökumətini dəstəkləməyə, mülki əhalinin təhlükəsizliyini təmin etmək və vəziyyəti sabitləşdirmək üçün bütün zəruri hərbi tədbirləri görməyə çağırıb.

Bildirilir ki, Prezident Rəhbərlik Şurasının üzvləri və Milli Müdafiə Şurası Cənub Keçid Şurasına (CKŞ) bağlı separatçı qüvvələrin həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlandırılıb. Həmin əməliyyatların mülki şəxslərin hüquqlarının ciddi şəkildə pozulması ilə müşayiət olunduğu vurğulanıb.çün koalisiyanı müdaxiləyə çağırdı